BAKI, 30 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Zirə” doğma meydanda “Kəpəz”i qəbul edib.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi matç “qartalların” inamlı qələbəsi ilə başa çatıb - 5:0.
Zirə İdman Kompleksində təşkil olunan görüşdə Qismət Alıyev (13), İssa Cibrila (32), Martins Junior (37), Yeqor Boqomolski (71) və Davit Volkov (84) fərqlənib.
Bununla da Rəşad Sadıqovun komandası 7 xalla turnir cədvəlinin lideri “Sumqayıt”a çatıb. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv isə xalsızdır.
Qeyd edək ki, tura avqustun 31-də yekun vurulacaq.