BAKI, 29 sentyabr. TELEQRAF

Bakıda Slovakiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

Teleqraf xəbər verir ki, tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov enerji sahəsində əməkdaşlığın Slovakiya üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

“Enerji böhranı dövründə Azərbaycan Slovakiyaya təbii qaz tədarük etməyə hazır olduğunu bildirərək həmrəyliyini nümayiş etdirib. Biz gələcək üçün sabit və uzunmüddətli həll yollarının tapılması istiqamətində də birgə çalışırıq”.

Fəxri qonaq qismində iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin xalqları arasında əlaqələrin və qarşılıqlı ünsiyyətin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.