BAKI, 29 sentyabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəqəmsal məhsulu olan “ADY Mobile”ın yüklənmə sayı 600 mini keçib.
Teleqraf xəbər verir ki, bununla bağlı QSC-nin sosial media hesablarında video paylaşılıb.
Bildirilib ki, mobil tətbiq səfərləri planlaşdırmaq, qatar biletlərini əldə etmək və dəmir yolu ilə bağlı ən son məlumatları izləmək cəmi bir toxunuş qədər yaxındır.
Hələ də tətbiqdən istifadə etmirsinizsə, elə indi yükləyin: ady.az/app