BAKI, 29 sentyabr. TELEQRAF
"Sumqayıt" heyətinə amerikalı basketbolçu cəlb edib.
Bu barədə Teleqraf-a klubun mətbuat xidmətindən məlumat verilib.
Komanda 26 yaşlı mərkəz oyunçusu Aleks Holt ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
205 sm boya malik basketbolçu Gürcüstanda "Telavi" klubunda çıxış edib. Holt bu kollektivin heyətində orta hesabla 7,4 xal və 7 ribaundla çıxış edib.