YEVLAX, 29 sentyabr. TELEQRAF

Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Tanrıqulular kəndi yaxınlığında baş verib.

"Prius", "VAZ 2107" və "Kobalt" markalı avtomobillərin törətdiyi zəncirvari yol qəzası zamanı müxtəlif bədən xəsarətləri alan 6 yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.