BAKI, 29 sentyabr. TELEQRAF

Qırğızıstan Energetika Nazirliyi və Çin Dövlət Energetika Administrasiyası əməkdaşlıq müqaviləsi imzalayıb.

Teleqraf xəbər verir ki, sənəd Qırğızıstan Baş naziri Adılbek Kasımalıyevin Çinə səfəri zamanı imzalanıb.

Saziş Qırğızıstan-Çin əməkdaşlığını elektrik enerjisi sənayesində genişləndirməyi və birgə layihələrin icrası üçün zəmin yaratmağı hədəfləyir.

Sənədin imzalanması Qırğızıstan və Çin arasında aparılan danışıqların praktik nəticələrindən biridir. Danışıqlar zamanı yaşıl enerji də daxil olmaqla enerji sektorunda tərəfdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.