BAKI, 29 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, Özbəkistan dövlət başçısı İran Prezidentini doğum günü münasibətilə təbrik edib.

Danışıqlar genişmiqyaslı əməkdaşlığın inkişaf etdirilməsinə, xüsusilə ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əlaqələrin daha da fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

Özbəkistan və İran prezidentləri regional gündəliyin və qarşıdakı tədbirlər planının müzakirəsi ilə bağlı da fikir mübadiləsi aparıblar.