BAKI, 29 sentyabr. TELEQRAF

Slovakiya ilə Azərbaycan arasında birbaşa hava əlaqəsinin tezliklə açılması gözlənilir.

Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Diplomat qeyd edib ki, Slovakiyanın Azərbaycandakı izi və irsi formalaşır:

“Birbaşa hava əlaqəsinin açılması ölkələr arasında münasibətləri daha da yaxınlaşdıracaq, insanlar, iş adamları və tələbələr arasında əlaqələri asanlaşdıracaq”.

E.Qasımovun sözlərinə görə, müdafiə və təhlükəsizlik sahələrində də iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir:

“İsveçdən olan həmkarlarımızla birlikdə Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycanda NATO-nun əlaqə səfirliyi funksiyasını yerinə yetirməyə davam edəcək. Bu missiya bizim üçün şərəf və bizə göstərilən etimadın ifadəsidir”.

O əlavə edib ki, bu missiya NATO ilə Azərbaycan arasında dialoqa fəal töhfə verməyə, təhlükəsizlik və ictimai diplomatiya sahələrində tərəfdaşlığı dəstəkləməyə, eyni zamanda ölkələr arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə imkan yaradır.