BAKI, 29 sentyabr. TELEQRAF
44 günlük Vətən Müharibəsinin ildönümü ərəfəsində şəhid Elçin Kərimbəylinin əziz xatirəsi yad edilib.
Teleqraf xəbər verir ki, Elçin Kərimbəylinin təhsil aldığı liseyin kollektivi şəhid məzunların xatirəsinə ucaldılmış heykəl və büstləri ziyarət edərək önlərinə gül dəstələri qoyublar.
Anım günündə Elçinin vaxtilə təhsil aldığı liseyin siniflərində Vətən müharibəsinə həsr olunmuş dərslər keçirilib, şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs edilib.