BAKI, 29 sentyabr. TELEQRAF

Azərbaycanla dostluğumuz güclüdür.

Teleqraf xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

“Bu, dostluğumuzu çox güclü edir. Burada olduğum üçün çox xoşbəxtəm. Dostlarımla birlikdə bu günü qeyd etməkdən şərəf duyuram”, - o deyib.

Slovakiyanın müdafiə naziri həmçinin Bakıda keçirilən “ADEX” müdafiə sərgisində iştirak edəcəyini bildirib və tədbirin müdafiə sahəsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.