BAKI, 18 avqust. TELEQRAF
“Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Təcrübəli kapitan komandasının hazırlığını müsbət dəyərləndirib: “Burada olmaq xoşdur. Rəqib çox əzmkar, iddialı komandadır. Artıq onları tanıyırıq. Bu komandaya qarşı oynasaq belə, həftə ərzində onlara qarşı yaxşı hazırlaşmışıq”.