BAKI, 24 aprel. TELEQRAF
Dünən Bakıda mənzildən meyit tapılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciət daxil olub.
Həyata keçirilən tədbir nəticəsində 1 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.