BAKI, 24 aprel. TELEQRAF

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı layihə Milli Məclisin aprelin 27-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Teleqraf xəbər verir ki, iclasda MSK üzvləri və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirə ediləcək.