BAKI, 24 aprel. TELEQRAF
Pentaqon rəsmiləri İranla müharibədə ABŞ-yə kömək etməkdən imtina edən NATO müttəfiqlərinə qarşı mümkün cəza tədbirlərini nəzərdən keçirirlər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, yüksək rütbəli əməkdaşlar arasında yayılan xidməti qeyddə İspaniyanın NATO-dakı üzvlüyünün dayandırılması və Folklend adaları ilə bağlı Vaşinqtonun mövqeyinə yenidən baxılması kimi təkliflər yer alıb.
Qeyd edilib ki, bəzi müttəfiqlərin İran müharibəsi çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə öz ərazilərindəki bazalardan istifadəyə icazə verməməsi Vaşinqtonda ciddi məyusluq yaradıb.