BAKI, 24 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) Özbəkistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, Məhdudiyyətlər Özbəkistanın "Fərqanə Kimya Zavodu"na və “Raw Materials Cellulose” şirkətinə şamil olunub.

Qeyd edək ki, sanksiyalar Rusiyanın müdafiə-sənaye kompleksi ilə əlaqələrə görə tətbiq edilib.