BAKI, 24 aprel. TELEQRAF
2026-cı ilin ilk üç ayı ərzində icraatda olmuş aliment işlərinin ümumi sayı 134 min təşkil edib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda icraatda olan aliment işlərindən təxminən 2500-də borclular qadınlardır.
"Aliment öhdəliyi üzrə borcu ödəyə bilməyənlərin təqsiri müəyyən edilir və onların barəsində müxtəlif, o cümlədən inzibati və (ya) cinayət məsuliyyəti tədbirləri görülür", - məlumatda qeyd olunub.