BAKI, 24 aprel. TELEQRAF

Türkiyə Qran-prisi 2027-ci ildən etibarən yenidən Formula 1 dünya çempionatının təqviminə daxil ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında məlumat verib.

Ölkə başçısının sözlərinə görə, 5 il müddətinə yarışlar İstanbulda keçiriləcək:

“İstanbul Parkı Formula 1-in ən populyar treklərindən biri kimi yaddaşlara həkk olunub. İstanbul Parkı 2027-2031-ci illər arasında 5 mövsüm ərzində möhtəşəm, həyəcanlı və olduqca zövqlü yarışlara ev sahibliyi edəcək. Formula 1-in ölkəmizə və İstanbula gətirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, avtoidman ölkəsi olan Türkiyə qarşıdakı illərdə Formula 1 ilə tərəfdaşlığını gücləndirməyə davam edəcək”.

***

10:31

Ən nüfuzlu avtomobil yarış seriyası olan Formula 1 yenidən Türkiyəyə qayıdır.

Teleqraf xəbər verir ki, yarışların növbəti mövsümlərində mərhələlərdən biri İstanbulda təşkil olunacaq.

Yarışın ənənəvi olaraq "İstanbul Park" trasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Formula 1 yarışları İstanbulda sonuncu dəfə 2021-ci ildə keçirilib.