BAKI, 24 aprel. TELEQRAF

Aprelin 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.