BAKI, 25 iyun. TELEQRAF

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"ə qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

Teleqraf Naxçıvan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 24-də keçiriləcək ilk matç saat 20:00-da start götürəcək.

Oyun Bakıdakı "Liv Bona Dea Arena"da baş tutacaq.

Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.