BAKI. 23 iyun. TELEQRAF
Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinal cütlərinin tərkibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, finala vəsiqə uğrunda oyunlarda İngiltərə Niderlandla, Almaniya Fransa ilə üz-üzə gələcək.
Hər iki matç iyunun 25-də olacaq. Final matçı isə iyunun 28-də Bratislavada təşkil ediləcək.