BAKI, 21 may. TELEQRAF

Azərbaycan milli komandasının iyunun 10-da Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutacaq görüşü Belarusdan olan baş hakim idarə edəcək.

10 iyun
20:00. Azərbaycan - Macarıstan

Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)

Liv Bona Dea Arena.