BAKI, 21 may. TELEQRAF

"Sumqayıt" komandasının futbolçusu Ronaldo Vaskez Dominikan Respublikası milli komandasının iyunda keçirəcəyi oyunlara dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

Dominikan Respublikası 2026-cı il dünya çempionatının seçmə mərhələsində 7 və 11 iyunda müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.

Marselo Nevelefin rəhbərlik etdiyi kollektiv daha sonra isə Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.

Qeyd edək ki, Ronaldo Vaskez "Sumqayıt"a qış transfer dövründə keçib.