SUMQAYIT, 17 may. TELEQRAF
“Sumqayıt” komandası ciddi itki üzləşib.
Teleqraf xəbər verir ki, “kimyaçılar”ın futbolçusu Ronaldo Vaskes Azərbaycan Premyer Liqasının XXXV turunda “Turan Tovuz”la oyunda zədələnərək meydanı tərk edib.
25 yaşlı oyunçunu 80-ci dəqiqədə Tresor Mossi əvəzləyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar minimal hesabla öndədir.