BAKI, 10 may. TELEQRAF

“Barselona”nın futbolçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçularının adını açıqlayıb.

Teleqraf “Goal” nəşrinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu öz klubunu nəzərə almasa, iki oyunçunu fərqləndirib.

Bunlar PSJ-nin hücumçusu Usman Dembele və “Arsenal”lı Bukayo Sakadır.

Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 15 qol vurub və 24 məhsuldar ötürmə edib.