BAKI, 22 dekabr. TELEQRAF
FIFA milli komandaların 2025-ci il üçün yekun reytinq cədvəlini açıqlayıb.
Teleqraf xəbər verir ki, Azərbaycan yığmasının ötən siyahı ilə müqayisədə mövqeyi dəyişməz qalıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hazırda 1132.97 xalla 127-ci sıradadır.
Siyahıya 1877.18 xalla İspaniya başçılıq edir.
Türkiyə seçməsi 1582.69 xalla 25-cidir.