BAKI, 22 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubunun ulduz futbolçusu Kərim Benzema məşhur ispan rəssamı Pablo Pikassonun “Saqqallı kişinin portreti” adlı tablosunu satın alıb.

Teleqraf-ın məlumatına görə, bu barədə 38 yaşlı fransız hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

“Evinə xoş gəldin”, — deyə, Benzema fotoya belə şərh yazıb. Rəsm əsəri 2025-ci ilin əvvəlində Nyu-Yorkda art-diler Helli Nahmadın qalereyasında nümayiş etdirilib.

Alışın dəyəri açıqlanmasa da, məlumdur ki, Pikassonun əsərləri hərraclarda tez-tez 1 milyon avrodan yüksək qiymətə satılır.

Qeyd edək ki, cari mövsümdə hücumçu *“Əl-İttihad”*ın heyətində bütün turnirlər üzrə 12 oyuna çıxıb, 11 qol vurub.