BAKI, 23 dekabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu qış transfer pəncərəsində heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Teleqraf "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, "qırmızılar" Premyer Liqanın digər təmsilçisi "Bornmut"dan Antuan Semenyonu hədəfləyib.

Mənbənin məlumatına görə, Mersisayd klubu 25 yaşlı oyunçunu zədələnən forvardı Aleksandr İsakın əvəzləyicisi kimi görür.

"Liverpul" qanalı futbolçunun müqaviləsindəki 75 milyon avroluq sərbəst qalma məbləğindən istifadə edə bilər.

Semenyo ilə "Mançester Siti" və "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, Antuan Semenyo 2025/26 mövsümündə 17 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Qarabağ" "Liverpul"la gələn il yanvarın 28-də qarşılaşacaq.