SUMQAYIT, 22 dekabr. TELEQRAF

“Hələ mövsümün yarısıdır. Qarşıda çoxlu oyunlarımız var”.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasında komandasının “qış çempionu” olmasını şərh edərkən deyib.

“Qarabağ” çox yaxşı komandadır. Məşqçi komandasıdır. Onlar Avropada səs-küyə səbəb olublar. Onlar kimi olmaq üçün daha da böyüməliyik. Diqqətimizi ancaq növbəti matçlara yönəldirik. Qış çempionluğu medal vermir”.

Qeyd edək ki, “Sabah” qış fasiləsinə 37 xalla Azərbaycan Premyer Liqasının lideri kimi yollanıb. “Qarabağ” 36 xalla ikincidir.