BAKI, 22 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 23-də start götürəcək XVII turun matçları 3 gün davam edəcək.

Açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Araz-Naxçıvan" komandaları arasında olacaq.

23 yanvar (cümə)

“İmişli” – “Araz-Naxçıvan”
Quba OİK stadionu, 14:30

“Neftçi” – “Zirə”
“Palms Sports Arena”, 19:00

24 yanvar (şənbə)

“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 14:00

“Qarabağ” – “Kəpəz”
“Azersun Arena”, 16:30

25 yanvar (bazar)

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 16:00

“Sabah” – “Karvan-Yevlax”
“Bank Respublika Arena”, 18:30