BAKI. 9 may. TELEQRAF

Almaniya "Bayer"inin idman direktoru Simon Rolfes mövsümün sonunda Xabi Alonsonun baş məşqçi postundan gedişini şərh edib.

Teleqraf xəbər verir ki, Rolfes klubun inkişafında vacib dövr keçdiklərini bildirib.

O, Alonso ilə birlikdə öz keyfiyyəti və mentaliteti ilə bütün dünyanı heyrətə gətirən komanda yaratdıqlarını vurğulayıb: "Biz inkişafdan və hazırkı durumumuzdan razıyıq. Xabiyə gələcək fəaliyyətindən uğur arzulayırıq. Əminəm ki, yollarımız tez-tez kəsişəcək".

Qeyd edək ki, bu gün "Bayer" 43 yaşlı mütəxəssisin xahişini nəzərə alaraq, onunla 2026-cı ilədək nəzərdə tutulmuş müqaviləni pozduqlarını açıqlayıb.

Xabi Alonsonun tezliklə "Real Madrid"ə baş məşqçi təyin olunacağı gözlənilir.