BAKI, 11 aprel. TELEQRAF
İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisi X sosial şəbəkəsində misirli hücumçunun fotoşəkilini "O, qalır" başlığı ilə paylaşıb.
33 yaşlı futbolçu 2017-ci ilin yayından "Liverpul"da çıxış edir.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm ərzində meydana çıxdığı 43 oyunda 32 qol və 22 məhsuldar ötürmə müəllifi olub.
