BAKI, 30 sentyabr. TELEQRAF
"Sabah bizim üçün çox vacib oyun olacaq. Mütləq qalib gəlməliyik və bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Məşqçinin tapşırıqlarını tam yerinə yetirərək qələbə qazanmalıyıq".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Lixtenşteynə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli yarımmüdafiəçi komandadakı atmosferə və azarkeşlərin gözləntilərinə toxunub:
"Gərginlik olduğunu deməzdim, amma böyük məsuliyyət var. Qələbə qazanmalı olduğumuzu hamı dərk edir. Çünki əvvəlki rəqiblərə, məsələn Ukrayna və ya Fransa ilə matçlara baxanda, bizdən qələbə yox, sadəcə yaxşı oyun gözləyirdilər. Bu qarşılaşmada isə yalnız yaxşı oyun yetərli deyil, mütləq üç xal qazanmalıyıq".
Qeyd edək ki, Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan – Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.