BAKI, 1 oktyabr. TELEQRAF

İspaniyanın “Barselona” klubunda çıxış edən Dani Olmo peşəkar futbolçu karyerasını Xorvatiyanın “Dinamo Zaqreb" klubunda başa vuracaq.

Teleqraf xəbər verir ki, bu barədə futbolçunun agenti Endi Bara açıqlama verib.

“Dani karyerasını “Dinamo”da başa vurmaq istəyir və bunun reallaşacağına ümid edir. Əgər gələcəkdə məşqçi olarsa, ilk işinin də “Dinamo”da olmasını arzulayır. Dani hətta indi də Barselonadakı evində üzərində 7 nömrə və öz adı yazılmış “Dinamo” formasını geyinir”, – deyə agent bildirib.

Qeyd edək ki, Dani Olmo 2014-2020-ci illərdə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edib. 28 yaşlı yarımmüdafiəçinin İspaniyanın “Barselona” klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.