BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

Teleqraf xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu kollektiv səfərdə Şotlandiya yığması ilə qarşılaşıb.

Kilmarnokdakı "Rugby Park" stadionunda baş tutan matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 21-ci dəqiqədə Nəriman Axundzadə açsa da, şotlandlar ard-arda vurulan qollarla üstünlüyü ələ keçiriblər. Millimizin digər qolunu isə 70-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, U-21 yığmamız seçmə mərhələdə növbəti matçını oktyabrın 6-da evdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.