BAKI, 1 oktyabr. TELEQRAF
Sabah Nizami rayonunun bəzi ərazilərində su olmayacaq.
Bu barədə Teleqraf-a İri Şəhərlərin Su Təchizatı" MMC-dən məlumat verilib.
Bildirilib ki, magistral su kəməri üzərində aparılacaq tikinti - bərpa işləri ilə bağlı sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.