BAKI, 1 oktyabr. TELEQRAF

Yunanıstan Türkiyə yaxınlığında yerləşən adalarda İsraildən tədarük edilmiş SPIKE NLOS tipli uzaqmənzilli raket sistemləri yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Məlumata görə, yeni alınmış sistemlərin mərhələli şəkildə Egey dənizinin şərqində və Meriç bölgələrində yerləşdirilməsi planlaşdırılıb. Qeyd olunub ki, bu raketlərdən istifadə üçün xüsusi hazırlıq tələb olunur. Bu səbəbdən təlim prosesinin sürətləndirilməsinin hədəfləndiyi və bu çərçivədə raket sistemlərinin mərhələli şəkildə hərbi təlimlərə daxil ediləcəyi bildirilib.

Xəbərdə SPIKE NLOS sistemlərinin tədarük prosesinin davam etdiyi, sifarişin böyük hissəsinin ilin sonuna qədər təhvil verilməsinin hədəfləndiyi də vurğulanıb.