BAKI, 1 oktyabr. TELEQRAF

Argentina millisinin hücumçusu Lautaro Martinez Boliviya üzərində 4:0 hesablı qələbəni şərh edib.

Teleqraf xəbər verir ki, Martinez milli komandanın formasını geyinməyin hər zaman xüsusi hiss olduğunu bildirib.

“Milli komandanın formasını geyinəndə həmişə güclü bir hiss olur. Bu, yeni bir mərhələdir və biz buna bu gün başladıq. Artıq Dünya Kuboklarında oynamışların təcrübəsi bizə kömək edəcək. Dünya Kubokundan sonra yenidən görüşdük. Enerjimiz eyni qaldı”, - deyə argentinalı forvard vurğulayıb.

Martinez qarşıdakı oyunların da xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Beninlə keçiriləcək matç, şübhəsiz ki, çox emosional, çox xüsusi və vacib olacaq. Ümid edirəm ki, çox ağlamayacağıq”.

Qeyd edək ki, Argentina millisi oktyabrın 4-də Burkina Faso ilə, oktyabrın 6-dan 7-nə keçən gecə isə Beninlə qarşılaşacaq. Beninlə oyun Lionel Messinin Argentina millisində vida matçı olacaq.