BAKI, 30 sentyabr. TELEQRAF

Portuqaliya milli futbol komandasının hücumçusu Kriştiano Ronaldo milli komandadan ayrılıb.

Teleqraf xəbər verir ki, o, qərarının səbəblərini daha sonra izah edəcək.

"Milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə bütün portuqaliyalılara özümü həmişə tamamilə həsr etdiyim milli komandadan ayrılmağımın səbəblərini danışacağam. İndi Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamağın vaxtıdır", - deyə Ronaldo yazıb.

Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vurma rekorduna sahibdir.