YEVLAX, 1 oktyabr. TELEQRAF

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Xaldan şossesində, Varvara kəndi istiqamətinə dönən yol ayrıcında baş verib.

“Reno” və “VAZ” markalı avtomobil toqquşub. Qəza nəticəsində 1962-ci il təvəllüdlü Elxan Nəbiyev, 1968-ci il təvəllüdlü Həqiqət Musayeva və 1995-ci il təvəllüdlü Ceyhun Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.