BAKI, 30 sentyabr. TELEQRAF
“Real”ın müdafiəçisi Raul Asensio zədə səbəbindən komandasının yaxın oyunlarında iştirak edə bilməyəcək.
Teleqraf xəbər verir ki, futbolçunun sağ ayağında sınıq aşkarlanıb.
O, oktyabrın 1-də əməliyyat olunacaq.
Qeyd edək ki, Asensio bu zədə səbəbindən yanvar ayından, yəni təxminən 9 aydır əziyyət çəkir. Milli komandaların oyunları üçün yaranan üç həftəlik fasilədə müdafiəçi zədəni konservativ müalicə ilə sağaltmağa çalışsa da, bu üsul nəticə verməyib.