BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VIII turunda “Turan Tovuz” və “İmişli” komandaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib.

Teleqraf xəbər verir ki, buna səbəb oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqasının “Turan” – “Mladost” (Xorvatiya) qarşılaşmasının keçirilməsidir.

“Turan Tovuz” Peşəkar Futbol Liqasına müraciət edərək VIII turda oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” matçı ilə 18-ci turdakı “İmişli” – “Turan Tovuz” görüşünün yerinin dəyişdirilməsini istəyib.

“İmişli”nin də razılığını nəzərə alan PFL müraciəti təmin edib.

Beləliklə, VIII tur çərçivəsində “Turan Tovuz” – “İmişli” oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.