BAKI, 1 oktyabr. TELEQRAF

İraq hökuməti dövlət nəzarətindən kənarda olan silahlı qruplaşmalara tərksilah olmaq üçün 2027-ci il iyunun 30-dək vaxt verib.

Teleqraf xəbər verir ki, bu barədə İraq Baş naziri Əli əl-Zeydi bildirib.

O qeyd edib ki, hökumət dövlət nəzarətindən kənarda olan silahlar məsələsini razılaşdırılmış müddət üçün müəyyən olunan fəaliyyət planı çərçivəsində həll edəcək:

“Hökumət həmçinin müharibə və sülhlə bağlı qərarların konstitusion hakimiyyətə tabe olmasını nəzərdə tutan konstitusion prinsipə riayət olunmasını təmin edəcək və bu çərçivədən kənar hərbi əməliyyatların həyata keçirilməsini qadağan edəcək”.

Əli əl-Zeydi əlavə edib ki, hökumət İraq ərazisində fəaliyyət göstərən bütün xarici silahlı qruplaşmaların tamamilə tərksilah edilməsi istiqamətində çalışacaq.