BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Litva yoldaşlıq oyunu keçirib.

Teleqraf xəbər verir ki, sözügedən komanda Andorra ilə qarşılaşıb.

Matç litvalıların qələbəsiylə başa çatıb – 3:0. Qolları Ruzqis və Steponaviçius (2) vurub.

Litva oktyabrın 4-də Bakıda Azərbaycanla üz-üzə gələcək.