“İran ordusu düşmən tərəfindən həyata keçirilə biləcək bütün ssenarilərə, o cümlədən uzunmüddətli tükəndirmə müharibəsi və ya ildırımsürətli əməliyyat ssenarilərinə hazırdır və Ali rəhbər Müctəba Xamenei də bütün bu ssenarilərlə bağlı əmrlər verib”.

Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin ofisinin nümayəndəsi Mehdi Fəzaili deyib.

O iddia edib ki, ordu son müharibədə yalnız öz imkanlarının yalnız bir hissəsindən istifadə edib və İranın hərbi potensialı ötən dövrdə əhəmiyyətli dərəcədə təkmilləşib və artıb:

“Düşmən bilməlidir ki, yenidən hansısa axmaqlığa yol verəcəyi təqdirdə, vəziyyəti özü üçün daha da çətinləşdirəcək”.

Fəzaili həmçinin bildirib ki, son həftələrdə keçirilən sınaqlar zamanı İran raketləri ABŞ-nin hərbi gəmilərinin yaxınlığında partlayıb. O, bunu “ABŞ-yə açıq xəbərdarlıq” adlandırıb.