BAKI, 30 sentyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu müdafiə xəttini gücləndirmək üçün İngiltərənin “Liverpul” komandasının kapitanı Vircil van Deyki gündəminə alıb.

Teleqraf “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, Madrid təmsilçisi mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq 35 yaşlı niderlandlı müdafiəçinin durumunu yaxından izləyir.

Van Deykin müqaviləsi başa çatacağı təqdirdə azad agent statusu alması “Real Madrid”in futbolçuya marağını artıran əsas amillərdən biri hesab olunur.

Madrid klubunun təcrübəli müdafiəçinin “Liverpul”la yeni müqavilə danışıqlarının gedişinə uyğun olaraq transferlə bağlı addım ata biləcəyi bildirilir.