BAKI, 1 oktyabr. TELEQRAF

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, Mərkəzin məlumatında oktyabrın 2-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin oktyabrın 3-ü səhərədək davam edəcəyi qeyd olunub.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır.