BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn komandası ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

D Liqasının 2-ci qrupunun matçını Avstriyadan olan FIFA referisi Kristian Petru Cioçirca idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Litva seçməsi ilə 1:1 hesablı heç-heçə edib.