MİNGƏÇEVİR, 1 oktyabr. TELEQRAF

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Məmmədova Sevda Rafiq qızını vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.