BAKI, 1 oktyabr. TELEQRAF

İtaliyanın “Napoli” klubunun və Şotlandiya millisinin futbolçusu Skott MekTominay ürək əməliyyatından bir neçə həftə sonra məşqlərə qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, MekTominayda avqustun 30-da “Komo” ilə oyundan sonra narahatlıq aşkarlanıb. 30 yaşlı yarımmüdafiəçi bu səbəbdən sentyabrın 8-də ürək əməliyyatı keçirib.

İki həftə aradan sonra məşqlərə qayıdan MekTominayın bərpa prosesi mərhələli şəkildə davam etdiriləcək.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının VII turunda yanvarın 20-də Bakıda “Sabah”ın qonağı olacaq.