BAKI, 1 aprel. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu partiyanın növbəti qurultayında namizəd olacağı ilə bağlı iddialara cavab verib.

Teleqraf xəbər verir ki, o, belə bir iddiasının olmadığını bildirib.

“İlk dəfə sədrlik etdiyim vaxtdan bir dəfə də olsun çıxıb “sədrliyə namizədəm” deməmişəm. Mənim dediyim odur ki, partiya demokratik qurultay keçirməlidir. Qurultayın keçirilməsinə qərar verildiyinə görə təbrik məktubu dərc etmişəm. O mesajın arxasındayam. Bu, düzgün qərardır. Mən heç vaxt heç yerdə deməmişəm ki, namizədəm, sədrliyə iddialıyam. Qurultay kimi seçsə, o da doğru olacaq”.

Xatırladaq ki, CHP-nin növbədənkənar qurultayı aprelin 6-da keçiriləcək.